Ermənilər Ağdamın kəndində yanğın törədib

   Ermənilər Ağdamın kəndində yanğın törədib
  21 Avqust 2019    Oxunub:1546
Erməni hərbi birləşmələri nəzarət etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, alov Ağdamın işğal altında olan Güllücə kəndi ərazisində meydana gəlib.

Kəndin ərazisində başlayan yanğın daha sonra xarabalığa çevrilən digər ərazilərə yayılıb. Hazırda yanğın həmin istiqamətdəki bütün yaşayış məntəqələrindən müşahidə olunur.

Azvision.az


Teqlər: Ağdam   Yanğın  





Xəbər lenti