Paşinyan kəndçini özünə müşavir təyin etdi

  20 Avqust 2019    Oxunub : 890
Paşinyan kəndçini özünə müşavir təyin etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan özünə yeni müşavir təyin edib.
Azvision.az xəbər verir ki, həmin şəxs Qeqarkunik vilayətinin Kalavan kənd sakini Robert Qukasyandır. Bu barədə Paşinyan özü "Facebook" səhifəsində yazıb.

"Danışdığımız kimi Kalavandan olan Robert Qukasyan Ermənistanın Baş nazirinin müşaviri təyin olunur. Ona səmərəli iş arzulayırıq "-, deyə Paşinyan bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Paşinyan