“Volkswagen”lə vurulan piyada ölüb

“Volkswagen”lə vurulan piyada ölüb
  20 Avqust 2019    Oxunub:1756
Avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti