Yanğında xəsarət alan 5 nəfər evə buraxıldı

  20 Avqust 2019    Oxunub : 734
 Yanğında xəsarət alan 5 nəfər evə buraxıldı
Şabranda baş verən hadisə zamanı xəsarət alanlardan hazırda 2-si xəstəxanada müalicələrini davam etdirir.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, digər 5 xəstə ambulator müalicə üçün evə buraxılıblar. Xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

Qeyd edək ki, Şabranda 4 mərtəbəli yaşayış binasında yanğın olub. Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Binanın sakinləri təxliyyə olunub.Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Baş vermiş yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib.Onlardan 5-i evə buraxılıb

Azvision.az

Teqlər: Yanğın   Səhiyyə