Erməni qadının qeyri-adi etiraz aksiyası - Bir vedrə su ilə...

Erməni qadının qeyri-adi etiraz aksiyası -  Bir vedrə su ilə...
  20 Avqust 2019    Oxunub:1801
İrəvan sakini Sona Aqekyan öz tərəfdarları ilə birgə meriyanın binası qarşısında aksiya keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Sona Aqekyan özü ilə bir vedrə kanalizasiya suyu gətirərək mer Ayka Marutyanı onu iyləməyə çağırıb. O, bu yolla merin diqqətini kanalizasiya probleminə çəkməyə çalışıb.

Meriyadan isə bildirilib ki, problemlə bağlı məlumatlıdırlar və həlli yollarını axtarırlar. İrəvan meriyasının cavabından narazı qalan Aqekyan isə qeyd edib ki, problemi bilməklə onu həll etmək ayrı şeylərdir.

"Əgər siz iyrənirsinizsə, mən bu vedrəni şəxsən merin kabinetinə apara bilərəm. Ancaq o, bunu mütləq iyləməlidir",-A. Aqekyan meriya nümayəndəsinə deyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İrəvan   Etiraz  





Xəbər lenti