Pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb - RƏSMİ

  Pilotun nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb -    RƏSMİ
  20 Avqust 2019    Oxunub:1891
İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Pilot  





Xəbər lenti