Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olunacaq

Rəşad Atakişiyev II Fəxri Xiyabanda dəfn olunacaq
  20 Avqust 2019    Oxunub:2787
Sabah mərhum pilot, polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçiriləcək.
Azvision.az -ın məlumatına görə, vida mərasimi saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində başlayacaq. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Vida mərasimində Müdafiə Nazirliyinin rəhbərliyinin iştirakı gözlənilir.

Qeyd edək ki, iyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi bu gün tapılıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: Pilot   Vida  





Xəbər lenti