Pilot Rəşad Atakişiyevin nəşi tapılıb

Pilot Rəşad Atakişiyevin nəşi tapılıb
  20 Avqust 2019    Oxunub:9125
İyulun 24-də təlim-məşq uçuşları keçirən zaman qəzaya düşən MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.
Bu barədə Azvision.az -a mərhum pilotun qaynatası, tanınmış politoloq Qabil Hüseynli məlumat verib.

Onun sözlərinə görə, R.Atakişiyevin nəşi bu gün səhər saatlarında aşkar edilib: "Nəşin tanınması üçün atasını və qaynatası olaraq məni dəvət etdilər. Nəşi tanımaq mümkün oldu. Meyit müəyyən qədər deformasiyaya uğrasa da, onu tanıya bildik".

Müdafiə Nazirliyindən isə Azvision.az -a bildirilib ki, faktla bağlı yaxın saatlarda rəsmi məlumat veriləcək.

Aytən Zəhra
Azvision.az




Teqlər: Pilot   RəşadAtakişiyev  





Xəbər lenti