Qobuda münaqişə, havaya atəş açıldı

Qobuda münaqişə, havaya atəş açıldı
  20 Avqust 2019    Oxunub:1653
Avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş verən münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.
Daxii İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti