Ruslar Türkiyədə 2 milyonluq gəmini qaçırdılar

Ruslar Türkiyədə 2 milyonluq gəmini qaçırdılar
  20 Avqust 2019    Oxunub:3922
Marmarisdə "Ghost 3" gəmisini oğurlayan kapitan Moskvada tutulub.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 milyon dollar dəyəri olan gəminin qaçırılmasına Rusiyanın Dəniz Donanmasının sabiq polkovniki Oleq Popilov rəhbərlik edib.
8 nəfərdən ibarət qrupun üzvləri gəmini iyulun 13-də icarəyə götürüblər. Onlar izləmə cihazını sökərək iyulun 16-da gəmini Türkiyə sularından çıxarıblar. Qrupun üzvləri daha sonra Moskvaya qayıdıblar. İyulun 20-də şirkət gəminin geri qaytarılmadığını görüb Marmarisin sahil mühafizəsinə müraciət edib. Prokurorluq şəbəkə üzvlərinin tutulması üçün "İnterpol" vasitəsilə axtarışa başlayıb.

Digər ölkələrdə də eyni oğurluğu edən dəstənin ələ keçirilməsi ilə bağlı Rusiya polisinə məlumat verilib. Bundan sonra gəmini qaçıranlardan biri Anatoli Şutov Moskvada ələ keçirilib.

Qeyd olunub ki, Oleq Popilovun rəhbərlik etdiyi qrup 4 ildir Aralıq dənizində "fəaliyyət" göstərir. Onlar 2018-ci ildə 49, bu yay isə 37 yaxta qaçırıblar. Onlardan yalnız 6-sı tapılıb. Türkiyədən isə ümumilikdə 16 yaxtanın qaçırıldığı güman edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: türkiyə   Gəmi  





Xəbər lenti