Vasif Talıbov yüksək bal toplayan tələbələrə pul verdi

Vasif Talıbov yüksək bal toplayan tələbələrə pul verdi
  20 Avqust 2019    Oxunub:3112
Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib. Tədbirdə ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan: Şərqin əfsanəsi” kitabı və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Naxçıvanda bu il qəbul imtahanlarında məzunların 281-i 500-700 arası bal toplayıb.





Azvision.az



Teqlər: Naxçıvan   Tələbə  





Xəbər lenti