FHN Qubadakı yanğını söndürməyə çalışır

FHN Qubadakı yanğını söndürməyə çalışır
  19 Avqust 2019    Oxunub:1627
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Azvision.az -a bildirilib ki, nazirliyin 112 - qaynar telefon xəttinə Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Quba   Yanğın  





Xəbər lenti