84 yaşlı qoca FHN-ni ayağa qaldırdı

84 yaşlı qoca FHN-ni ayağa qaldırdı
  04 Dekabr 2013    Oxunub:865
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə qalxıb dəmir barmaqlıqları kəsərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən 1929-cu il təvəllüdlü Kalimulina Muslima Sayhu qızının eşitmə qüsurlu olduğu məlum olub. Xilasedicilər giriş qapısını açaraq vətəndaşı xilas ediblər. Əməliyyat saat 16:06-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti