16 yaşlı oğlan bir ailəni qətlə yetirdi - Dəhşətli cinayət

 16 yaşlı oğlan bir ailəni qətlə yetirdi -    Dəhşətli cinayət
  19 Avqust 2019    Oxunub:3949
Rusiyanın Ulyanovsk vilayətində dəhşətli qətl törədilib.

Azvision.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Patrikyeyevo kəndində yerləşən evlərdən birində 5 nəfərin meyiti tapılıb. Ölənlərin hamısı bir ailənin üzvləri olub.
Araşdırma zamanı məlum olub ki, cinayəti törədən 16 yaşlı yeniyetmə hadisədən sonra intihar edib.

Amansız qətlin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. 10-cu sinif şagirdi olan qatilin öldürülən şəxslərin qohumu olduğu deyilir.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Rusiya   Qətl  





Xəbər lenti