Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapıldı
  18 Avqust 2019    Oxunub:1325
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olub və orada aşkarlanan 1936-cı il təvəllüdlü Rzalı Oktay Məhərrəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti