Keçmiş arvadının evini yandırdı: Uşağı öldü, ana və qızı Bakıya gətirilir

  Keçmiş arvadının evini yandırdı:    Uşağı öldü, ana və qızı Bakıya gətirilir
  18 Avqust 2019    Oxunub:2434
Şəmkirin Sarıtəpə kəndində yerli sakin ailə münaqişəsi zəminində keçmiş qayınanasına məxsus evi yandırıb. Yanğın zamanı evdə onun 24 yaşlı boşandığı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qadın olub. 2 yaşlı uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, 54 yaşlı qadın və onun qızı kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Yaralıların vəziyyətini nəzərə alan həkimlər ilkin yardımdan sonra ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün onları paytaxta köçürmək qərarına gəliblər.

Hazırda ağır vəziyyətdə olan yaralılar xüsusi avadanlıqlarla təhciz edilmiş təcili yardım avtomobili ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə gətirilir. Qadının bədəninin 50%-i, 24 yaşlı qızın isə bədəninin 70%-i yanıb.

Xəstələrə müvafiq tibbi yardım göstərilməsi üçün 5 saylı xəstəxananın yanıq şöbəsinə mütəxəssislər dəvət edlib. Yaralıların müalicəsini Səhiyyə Nazirliyi nəzarətə götürüb.

Qeyd edək ki, hadisənin Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov tərəfindən törədilməsi müəyyən edilib. Yanğın zamanı həlak olan şəxs onun oğlu, 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu, yaralılar isə 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızıdır.

Azvision.az



Teqlər: Şəmkir   Yanğın  





Xəbər lenti