Futbola baxan “saqqallı” qızlar saxlanıldı

 Futbola baxan “saqqallı” qızlar saxlanıldı
  18 Avqust 2019    Oxunub:3777
İranda futbol oyununu izləmək istəyən 6 qız süni bığ və saqqal yapışdıraraq stadiona daxil olub.
Azvision.az xəbər veri ki, əvvəlcə heç kim onların qız olduğunun fərqinə varmayıb. Sonradan planları üzə çıxan qızlar yerli polis tərəfindən saxlanılıb. Məlum olub ki, onlardan biri jurnalistdir.

İran qanunlarına əsasən, qadınların stadionda futbol matçını izləməsi qadağandır. Bu səbəbdən həmin qızlar inzibati qaydada cəzalandırılacaq.

Azvision.az



Teqlər: İran   Qız   Futbol  





Xəbər lenti