Şəmkirdə evdən pul və qızıl əşyaları oğurlanıb

Şəmkirdə evdən pul və qızıl əşyaları oğurlanıb
  17 Avqust 2019    Oxunub:1526
Oğurluq və dələduzluqla məşğul olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 18-də Şəmkir rayonu ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Həsənov Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 7-də rayon ərazisindəki daha bir evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

İyulun 21-də Gəncə şəhər sakini A.Əliyevin mobil telefonunu aldadaraq almaqda şübhəli bilinən həmyerlisi Z.Nuriyev Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb. Aparılmış əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakinləri olan daha iki nəfərin mobil telefonlarını oğurlaması, habelə altı nəfərə qarşı dələduzluq etməsi də müəyyənləşib.

Azvision.az



Teqlər: DİN   Şəmkir   Ev   Oğurluq  





Xəbər lenti