Ağacların kəsilməsi ilə bağlı müraciət araşdırıldı

Ağacların kəsilməsi ilə bağlı müraciət araşdırıldı
  17 Avqust 2019    Oxunub:2094
Bakının Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində, Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağacların kəsilmək təhlükəsinin olması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.
ETSN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, “ASAN Xidmət” mərkəzinin tikintisi aparılacağı müəyyən olunub.

“Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə məcburi göstəriş verilib”, - deyə məlumatda qeyd olunub.

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığa görə nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib.

Azvision.az



Teqlər: ETSN   Xətai   Ağac  





Xəbər lenti