Lənkəranda əhalisinə pulsuz hüquqi yardım göstərilib

Lənkəranda əhalisinə pulsuz hüquqi yardım göstərilib
  17 Avqust 2019    Oxunub:1071
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, tövsiyənin icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində avqustun 17-də Kollegiyanın təşəbbüsü ilə Lənkəran rayon vəkil bürosunun əməkdaşları tərəfindən rayon sakinlərinə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlara vəkillər tərəfindən müxtəlif növ hüquqi yardım göstərilib, problemləri dinlənilib, müvafiq məsləhətlər verilib. Həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Azvision.az



Teqlər: Vəkil   Kollegiya   Hüquq   Yardım   Lənkəran  





Xəbər lenti