Mağazalardan oğurluq edən şəxs saxlanılıb

Mağazalardan oğurluq edən şəxs saxlanılıb
  17 Avqust 2019    Oxunub:1175
Bakıda mağazalardan oğurlub edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 30-da rayon ərazisindəki 1 ofisdən və 2 mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha 2 mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.

Fakta bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Mağaza  





Xəbər lenti