20-yə yaxın evdən oğurluq edənlər tutuldu

20-yə yaxın evdən oğurluq edənlər tutuldu
  17 Avqust 2019    Oxunub:1198
Abşeron rayonunda evlərdən oğurluq edən şəxslər tutulub.
Azvision.az xəbər verir ki, Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Quliyev və 1996-cı il təvəllüdlü Bəxtiyar Nərimanov saxlanılıb.

Saxlanılan şəxslərin Mehdiabad, Fatmayı və Digah qəsəbələrində 20-yə yaxın mənzildən oğurluq etdiyi müəyyən olunub.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Mehdiabad qəsəbəsində Sənan Mustafayevə məxsus evə daxil olaraq 13 min manatlıq qızıl, hər biri 150 manat dəyərində mobil telefon və bir ədəd 1500 manat dəyərində noutbuk oğurlayaraq vətəndaşa 14 min 800 manat maddi ziyan vurublar. Həmçinin onların rayonun Fatmayı və Digah qəsəbələrində də fərdi yaşayış evlərindən oğurluq etdiyi müəyyən olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi aşılıb, araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Oğurluq   Abşeron  





Xəbər lenti