33 kitabxana binası qəzalı vəziyyətdədir

33 kitabxana binası qəzalı vəziyyətdədir
  17 Avqust 2019    Oxunub:2231
Azərbaycanda Mədəniyyət Nazirliyinin sisteminə daxil olan 784 kitabxananın əsaslı təmirə ehtiyacı var. Bunlardan 163-ü şəhər, 621-i kənd yerlərindədir.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, nazirliyin tabeliyində olan 33 kitabxana binası qəzalı vəziyyətdədir. Bunlardan 14-ü şəhər yerlərində, 19-u isə kənddə qeydə alınıb.

Bundan əlavə, 2018-ci ilə olan məlumata əsasən, 892 klub binasının əsaslı təmirə ehtiyacı var. Bunlardan 93-ü şəhər yerlərində, 799-u isə kənd yerlərindədir. Həmçinin 76 klub binası qəzalı vəziyyətdədir ki, onlardan 8-i şəhər, 57-si kənddə yerləşir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Kitabxana  





Xəbər lenti