Odessada otel yandı, 8 nəfər öldü - VİDEO

   Odessada otel yandı, 8 nəfər öldü -  VİDEO
  17 Avqust 2019    Oxunub:3187
Ukraynanın Odessa şəhərində yerləşən “Tokyo Star” otelində yanğın baş verib.

Azvision.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb. Yanğın gecə saatlarında başlayıb, 1000 kvadrat metr sahəni əhatə edib. Əraziyə 65 xilasedici və 13 texnika cəlb olunub.
Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Araşdırma aparılır.



Azvision.az



Teqlər: Odessa   Yanğın   Otel  





Xəbər lenti