İş adamı Bakıda sənədlərini və pulunu itirdi

İş adamı Bakıda sənədlərini və pulunu itirdi
  16 Avqust 2019    Oxunub:1315
Polis əməkdaşları Bakıya gələn Çin Xalq Respublikasının vətəndaşı Vei Yulinin üzləşdiyi çətinliyin həllində yaxından kömək göstəriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumat görə, Çin vətəndaşı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edərək Gürcüstandan Bakıya gəldiyi “Mersedes” markalı sərnişin mikroavtobusundan paytaxtda düşən zaman içərisində 2000 ABŞ dolları, 300 yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unutduğunu bildirib.



Polis şöbəsində sənədləri və pulları itən həmin şəxsə lazımi kömək göstərilib. DİN Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin və 22-ci polis şöbəsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyənləşdirilib və nəqliyyat vasitəsi Goranboy rayonundakı stasionar postda saxlanılıb. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.

Çin vətəndaşı Vei Yuli qısa zamanda ona belə böyük kömək göstərdiklərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirib. O deyib həmişə Bakı haqqında xoş sözlər eşidib və bir daha bunun şahidi olub. Çinli turist ölkəsinə qayıdandan sonra Bakıda gördükləri və polislərin ona göstərdikləri kömək barədə dostlarına danışacağanı bildirib.

İş adamı olan Vei Yuli Azərbaycana biznes qurmaq məqsədilə gəldiyini bildirib.

Azvision.az


Teqlər: DİN   Polis   Çin  





Xəbər lenti