Putin Söyün Sadıqovu qovur - VİDEO

Putin Söyün Sadıqovu qovur - VİDEO
  12 Mart 2013    Oxunub:890
Moskvada “OMON”-un ofisinə daxil olaraq onun icarəyə götürdüyü məkanı dərhal tərk etməsini tələb edib.
Ötən gün Moskva Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşlarının Söyün Sadıqovu Xavskaya küçəsi, 26 ünvanında yerləşən ofisindən zorla çıxardığı barədə məlumat yayılıb. Məlumata görə Moskva Milisini meriyanın təmsilçiləri də müşaiyət edib. Bir neçə dəqiqəlik mübahisədən sonra Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) fəxri prezidenti Söyün Sadıqov və ofisin əməkdaşları binadan çıxarılıb.

Məlumata görə buna səbəb Söyün Sadıqovun sahibi olduğu “Mosrekonstruksiya” şirkətinin yerləşdiyi bina ilə bağlı yaranmış problemdir. Hökumətin iddiası əsasında qaldırılan işə martın 16-da Moskva Arbitraj Məhkəməsində baxılacaq.

Bu barədə APA-nın Moskva müxbirinə açıqlama verən Söyün Sadıqov ofisindən çıxarılması barədə xəbərlərin əsassız olduğunu deyib: “Məsələnin “AzərRos”a və yeni yaratdığı Rusiya Milli Vahid Partiyasına heç bir aidiyyəti yoxdur. Moskvada bir neçə yerdə ofisim var. Hal-hazırda “Mosrekonstruksiya” adlı şirkətimin yerləşdiyi ofislə bağlı Moskva hökuməti ilə problem yaranıb. Xavskaya küçəsi, 26 ünvanında yerləşən həmin bina yataqxanadır. Yataqxananın bir hissəsi mənimdir, bir hissəsi isə Moskva hökumətinin balansındadır. İndi isə Moskva hökuməti mənim ofisimin yerləşdiyi hissəyə də məhkəmə iddiası qaldırıb. Eynilə mən də onları məhkəməyə vermişəm. İşə Moskva Arbitraj Məhkəməsi baxır. Məhkəmə prosesi aprelin 16-da olacaq. Heç kəs məni ofisimdən çıxartmayıb. Bu, sırf iqtisadi məsələdir, Moskva hökuməti ilə mənim sahibi olduğum “Mosrekonstruksiya” şirkəti arasında ərazi üstündə gedən bir mübahisədir”.

S. Sadıqov “AzərRos”un ofisinin paytaxtın digər ərazisində, Krasnaya Presnya, 24 ünvanında yerləşdiyini söyləyib: “Həmin ofis də mənimdir. “AzərRos” bu ünvanda fəaliyyət göstərir”.

Onu da qeyd edək ki, AzerRos-un fəxri prezidenti seçiləndən 10 sonra Sadıxov Putinin etibarlı adamı olduğunu bildirmişdi :
“Kim bizi necə adlandırır adlandırsın! Biz öz vəzifəmizi, nə istədiyimizi yaxşı bilirik! Vladimir Putinin etibar etdiyi bir şəxs kimi mənim gördüyüm və görəcəyim işlər qabaqcadan razılaşdırılıb. Bu mənim borcumdur, çünki mən təkcə Rusiya vətəndaşı yox, həm də dövlət başçısının etimad göstərdiyi biriyəm. Başqa sözlə desək o mənə güvənir...”

Belə olan halda bəzi suallar ortaya çıxır: Ya Moskva meri Serqey Sobyanin Putinə hörmət etmir, ya da ki, Putin Sadıqova laqeyd münasibət göstərir.

AzVision.az





Teqlər:  





Xəbər lenti