Azvision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu təltif edilib.
Təltif olunanlar arasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də var. DSX rəisi 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görülüb.
Azvision.az