DSX-nin üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verildi

DSX-nin üç hərbçisinə general, ikisinə kontr-admiral rütbəsi verildi
  16 Avqust 2019    Oxunub:9808
Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilova

general-mayor Ehram Arif oğlu Hacıyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasova

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayevə

Azvision.az



Teqlər: DSX   Sərəncam   İlham-Əliyev  





Xəbər lenti