Cənubi Koreya ilə KXDR arasında gərginlik artır

Cənubi Koreya ilə KXDR arasında gərginlik artır
  16 Avqust 2019    Oxunub:1376
Koreya Xalq Demokratik Respublikası (KXDR) qısa mənzilli raketlərin sınaqdan keçirməsini dayandırmalıdır.
Azvision.az xəbər verir ki, bu cür bəyanatı Cənubi Koreya hökuməti yayıb. Qeyd olunub ki, mərmi atılması KXDR-ın ABŞ və Cənubi Koreya Respublikasının birgə təlimlərinə etirazıdır.

Xatırladaq ki, cümə günü səhər saatlarında Şimali Koreya Kanvondo əyalətindən Yapon dənizi istiqamətində iki naməlum raket buraxıb. Yaponiya hökuməti bəyan edib ki, raketlər Yaponiya ərazisinə və ya məxsusi iqtisadi zonaya çatmayıb.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Koreya   KXDR  





Xəbər lenti