“Şair Vaqif” gəmisi Ukraynada təmir olunub

“Şair Vaqif” gəmisi Ukraynada təmir olunub
  16 Avqust 2019    Oxunub:1819
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus, Xəzərdənkənar sularda istismar olun “Şair Vaqif” universal quru yük gəmisi Ukraynanın “Çernomorsk ISRZ” Gəmi Təmiri Zavodunda əsaslı təmir olunub.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, 3 iyul-12 avqust tarixlərində həyata keçirən işlər çərçivəsində gəminin avar-sükan kompleksi, baş mühərrikləri, separatorları, o cümlədən yanacaq, radionaviqasiya və xilasetmə sistemləri təmir edilib.

Bundan əlavə, gəminin bütün avtomatlaşdırılmış idarə sistemlərinin təmiri istiqamətində də ciddi işlər görülüb. Belə ki, F-3000 yanğın siqnalizasiyası, SDS-48 tüstü siqnalizasiyası, SEMCO lokal yanğınsöndürmə sistemi, qəza dizel generatoru və separatorlarının təmiri də həyata keçirilib. Gəmi təmirdən sonra yenidən istismara qaytarılıb.



Qeyd edək ki, “Şair Vaqif” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.

Azvision.az



Teqlər: ASCO   Gəmi  





Xəbər lenti