İş üçün Rusiyaya axın edən miqrantlar - 20 ildə ilk dəfə

 İş üçün Rusiyaya axın edən miqrantlar -  20 ildə ilk dəfə
  16 Avqust 2019    Oxunub:4147
Rusiya Federal Təhlükəsizlik Xidməti son 20 ildə ilk dəfə olaraq bu ölkəyə işləməyə gələn əcnəbilərin sayını açıqlayıb.

Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2019-cu ilin əvvəlindən Rusiyaya işləmək məqsədi ilə 2.4 milyon miqrant gəlib, xarici ziyarətçilərin ümumi sayı isə 15 milyon nəfər təşkil edib.
Rusiyaya bu il ən çox əmək miqrantı Özbəkistan (918 min), Tacikistan (523.9 min), Qırğızıstan (265 min) və Ukraynadan (164.6 min) gəlib.

Xeyli sayda işçi isə Çin (50,2 min), Almaniya (10.8 min), Türkiyə (10.2 min), İngiltərə (4.3 min) və ABŞ-ın (3.7 min) payına düşüb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti