Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanılıb

 Cinayətdə şübhəli bilinən 22 nəfər saxlanılıb
  16 Avqust 2019    Oxunub:1349
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 15 cinayətin üstü “isti izlər”lə açılıb.
Azvision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət   Həbs   Cəza  





Xəbər lenti