Hərbi həkimlərimiz medalla təltif olundu

Hərbi həkimlərimiz medalla təltif olundu
  16 Avqust 2019    Oxunub:1810
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinə komanda birinciliyi yarışları ilə yekun vurulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, hakimlərin qərarına əsasən yarışda qazandığı uğura görə 11 komanda arasında Azərbaycanın kişilərdən ibarət komanda heyəti 111 xalla 3-cü yerə layiq görülüb. Özbəkistan və Qazaxıstan komandaları isə müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıb.



“Hərbi-tibbi estafet” müsabiqəsinin təntənəli bağlanış mərasimində Azərbaycan Ordusunun kişilərdən ibarət hərbi həkimlər komandası kubok və medalla təltif olunub.

Azvision.az



Teqlər: MN   Həkim  





Xəbər lenti