Qəzaya düşən "MiQ-29"un yeni hissələri tapıldı - FOTO

 Qəzaya düşən "MiQ-29"un yeni hissələri tapıldı -  FOTO
  16 Avqust 2019    Oxunub:10587
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu zamanı qəzaya uğramış "MiQ - 29" təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntüsünü yayıb.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin “Twitter” səhifəsində məlumat verilib. Bildirilib ki, pilotun və təyyarənin "qara qutu"sunun axtarışları davam etdirlir.



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Azvision.az


Teqlər: Təyyarə   Qəza   MiQ-29  





Xəbər lenti