Lalə Şövkətin partiyası da İbrahimbəyovu qınadı

Lalə Şövkətin partiyası da İbrahimbəyovu qınadı
  04 Dekabr 2013    Oxunub:1065
“Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən getməsi bu quruma nüfuz gətirməyəcək”.
Bunu AzVİsion.az-a açıqlamasında Milli Şuradan istefa verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu qurumdakı istefaları şərh edərkən deyib.

Ə.Temirxan İbrahimbəyovun istefasından heyfisləndiyini deyib:

“Bu dəqiqdir ki, Rüstəm İbrahimbəyovun istefasının Milli Şurada qəbul olunması bu quruma nüfuz gətirməyəcək. Dağılıb-dağılmayacağını zaman göstərər, amma hər halda güclənməsinə səbəb olmayacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti