Xaçmazda dəhşətli qəza: Ölən və yaralılar var

   Xaçmazda dəhşətli qəza:    Ölən və yaralılar var
  16 Avqust 2019    Oxunub:2168
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər çatdırılıb.

"Yaralılar Quba rayonu, Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanada hazırda bir nəfər qalıb. O, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərovdur (sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası)".

Yaralılardan biri - Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti