Rafiq Səməndərin oğlu dəm qazından öldü

Rafiq Səməndərin oğlu dəm qazından öldü
  04 Dekabr 2013    Oxunub:1683
Tanınmış publisist, ssenarist Rafiq Səməndərə ağır itki üz verib.
AzVision.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, publisistin oğlu Kamran Ələddinov bu gün vəfat edib. K.Ələddinovun dəm qazından boğularaq vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Rafiq Səməndər məşhur "Yuxu" filminin ssenari müəllifi, Hacıbaba Bağırovun iştirakı ilə çəkilmiş "Sonqulunun sərgüzəştləri" ssenari müəlliflərindən biridir.

Onun yaradıcılığının şah əsəri kimi 20 yanvar şəhidlərinə həsr olunmuş "Şəhidlər" kitabı göstərilir. Qarabağ hadisələrindən bəhs edən ikinci kitabı "Girovlar" adlanır.



Teqlər:  





Xəbər lenti