Gürcüstanın Azərbaycana 7,2 milyon dollar borcu var

   Gürcüstanın Azərbaycana 7,2 milyon dollar borcu var
  16 Avqust 2019    Oxunub:1584
Gürcüstanın xarici borcunda azalma müşahidə edilir.
Azvision.az xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, iyul ayının sonuna ölkənin xarici dövlət borcu 5 milyard 361 milyon 209 min dollar olub. Bu, əvvəlki ayın sonuna nisbətən 76 milyon 831 min dollar azdır.

Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Avqustun 1-nə qonşu ölkənin Azərbaycana borcu 7 milyon 269 min ABŞ dolları təşkil edib

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (312 milyon 859 min dollar), Fransa (234 milyon 33 min dollar) və Yaponiya (215 milyon 789 min dollar) yer alıb.

Azvision.az



Teqlər: Gürcüstan   Borc  





Xəbər lenti