Kosmik hava proqnozu açıqlandı

Kosmik hava proqnozu açıqlandı
  15 Avqust 2019    Oxunub:2189
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Azvision.az Rəsədxanaya istinadən xəbər verir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakitdir.

Avqustun 15-dən 17-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta səviyyəyə düşəcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

Azvision.az



Teqlər: Rəsədxana   Kosmik   Hava   Proqnoz  





Xəbər lenti