Stadnikdən Mübariz İbrahimovla bağlı paylaşım - FOTO

  15 Avqust 2019    Oxunub : 4232
Stadnikdən Mübariz İbrahimovla bağlı paylaşım - FOTO
Azərbaycanın məşhur qadın güləşçisi Mariya Stadnik sosial şəbəkə hesabında Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşım edib.
Azvision.az xəbər verir ki, Mübariz İbrahimovun fotosunu paylaşan idmançı onunla bağlı fikirlərini bölüşüb:

"Fotoda gördüyünüz şəxs Azərbaycanın igid oğlu Mübariz İbrahimovdur. Mübariz İbrahimov ermənilərlə müharibə zamanı qəhrəmancasına həlak olub. İnternetdə araşdırma apardım. Təəssüf ki, Azərbaycanda Mübariz İbrahimovu cinayətkar adlandıran vicdansız insanlar da var. Allah onlara rəhm etsin!".



Azvision.az

Teqlər: Mariya-Stadnik   Mübariz-İbrahimov