Nazirlik “Zeytunluq”da araşdırma aparıb

Nazirlik “Zeytunluq”da araşdırma aparıb
  15 Avqust 2019    Oxunub:1916
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Kürdəxanı şossesinin sağ tərəfində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı “Zeytunluq” adlanan ərazinin park və istirahət mərkəzinin salınması məqsədilə hasara alındığı və abadlıq işlərinin aparıldığı məlum olub. Sözügedən ərazidə ağac kəsintisi faktı aşkar olunmayıb.

Azvision.az


Teqlər: Zeytunluq  





Xəbər lenti