Ukraynada aksiya: Kliçkonun isefası tələb olunur

Ukraynada aksiya:    Kliçkonun isefası tələb olunur
  14 Avqust 2019    Oxunub:1747
Ukraynanın Nazirlər Kabinetinin qarşısında toplaşan fəallar Kiyev meri Vitali Kliçkonun istefasını tələb edirlər.
Azvision.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Aksiyada 20-yə yaxın etirazçı iştirak edir. Etirazçılar Kliçko tərəfindən həyata keçirilən abadlaşdırma işlərinə qarşı çıxdıqlarını və yeni layihlərin şəhərin mədəni, irsi və tarixi mühitini korladığını bəyan ediblər.

Aksiya iştirakçıları həmçinin şəhərin infrastrukturundan da narazı olduqlarını bildiriblər.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Kiyev   Kliçko  





Xəbər lenti