“ABŞ Avropada raketlər yerləşdirməyi planlaşdırmır” - Səfir

  “ABŞ Avropada raketlər yerləşdirməyi planlaşdırmır” -    Səfir
  14 Avqust 2019    Oxunub:1484
ABŞ Avropada orta və qısa mənzilli raketləri yerləşdirməyi planlaşdırmır. Azvision.az xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman «Exo Moskvı» radiostansiyasına açıqlamasında deyib.
Səfirin sözlərinə görə, bu mövzu Rusiya rəhbərliyi ilə görüşlərdə də müzakirə olunmayıb.
“Çox güman ki, orta və qısa mənzilli raketlər Avropada deyil, Asiya-Sakit Okean bölgəsində yerləşdiriləcək” - deyə, səfir bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Tompson bəyan edib ki, Rəsmi Vaşinqton müttəfiqləri ilə Asiya-Sakit Okean bölgəsinə yeni raketlərin yerləşdirilməsi imkanlarını müzakirə edir

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ   Avropa   Rusiya   Raket  





Xəbər lenti