Keçmiş məhkumlar yenidən cinayət törətdi

  14 Avqust 2019    Oxunub : 670
Keçmiş məhkumlar yenidən cinayət törətdi
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Q.Nəsibova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar A.Sadıxov və Ş.Məmmədov saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, A.Sadıxovdan 0,8 qram, Ş.Məmmədovdan isə 0,95 qram heroin götürülüb.

Avtomobil Bakıxanov qəsəbəsi ərazisində tapılıb.


Azvision.az

Teqlər: DİN