Biləcəri stansiyasında bədbəxt hadisə olub

  14 Avqust 2019    Oxunub : 912
Biləcəri stansiyasında bədbəxt hadisə olub
Biləcəri stansiyasında bədbəxt hadisə baş verib.
Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Aytən Zəhra
Azvision.az

Teqlər: Biləcəri   Qəza