Yaponiyada 23 nəfər günvurmadan ölüb

  14 Avqust 2019    Oxunub : 657
Yaponiyada 23 nəfər günvurmadan ölüb
Ötən həftə Yaponiyada 23 nəfər günvurmadan ölüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bir həftə ərzində günvurma nəticəsində 13 minə yaxın insan xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bildirilib ki, günvurmadan ölən və zərərçəkənlərin əksəriyyəti evdə kondisioner işlətməyən yaşlı insanlardır.

Qeyd edək ki, son günlər Yaponiyada isti hava şəraiti müşahidə edilir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatıb.

Azvision.az

Teqlər: Yaponiya   İsti   Günvurma