Atambayevin 120 əmlakına həbs qoyulub

   Atambayevin 120 əmlakına həbs qoyulub
  14 Avqust 2019    Oxunub:2260
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin 120 adda əmlakına həbs qoyulub.
Bu barədə jurnalistlərə ölkənin baş prokuroru Otkurbek Camşidov məlumat verib. O deyib ki, Bişkekdəki “Forum” binası, sabiq prezidentin nəzarət etdiyi “Aprel” televiziya kanalı və digər obyektlər onların arasındadır.

Xatırladırıq ki, sabiq prezidentin tutulması ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 adam yaralanıb, bir xüsusi təyinatlı həlak olub. Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov aldığı yaralardan komaya düşüb, müalicəni davam etdirmək üçün sonradan Moskvaya aparılıb.

Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib. (AzərTAc)

Azvision.az


Teqlər: Atambayev  





Xəbər lenti