Rəsul Quliyev gəncləri müxalifətdən uzaq olmağa çağırdı

Rəsul Quliyev gəncləri müxalifətdən uzaq olmağa çağırdı
  04 Dekabr 2013    Oxunub:1021
Onlardan uzaq olmaq lazımdı
Ötən gün Milli Şura sıralarından uzaqlaşdırılan Rəsul Quliyev İsa Qəmbər və Əli Kərimliyə qəzəblənib. AzVision.az-ın məlumatına görə, eks-spiker müxalifətdə təmsil olunan gənclərə səslənərək onları AXCP və Müsavat sədrlərinə bənzəməməyə çağırıb.

“Gənclər və indiki müxalifət ilə münasibətə gəldikdə, maksimum onlardan uzaqlaşmağa çalışmaq lazımdır. Həmin partiyadan olan gənclərin çıxışlarına baxın elə bil AXCP və Müsavat Partiyalarının liderlərinin prototipidir. Onlar kimi danışır, mənasız şüarlar deyirlər. Onlar da qalsalar 20 ildən sonra elə indikilər kimi olacaq. Azərbaycan gəncləri üçün yaratdığı obraz neqativ görsənir”.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti