Prezidentlərin görüşünün təxirə salınmasının səbəbi açıqlandı

  13 Avqust 2019    Oxunub : 891
 Prezidentlərin görüşünün təxirə salınmasının səbəbi açıqlandı
Rusiya, İran və Azərbaycan prezidentlərinin avqustun 13-də Soçidə keçirilməsi planlaşdırılan üçtərəfli görüşünün təxirə salınmasının səbəbi açıqlanıb.
Azvision.az -ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, buna səbəb dövlət başçılarının iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsidir.

“Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”, - deyə Peskov qeyd edib.

Kənan Məmmədov
Azvision.az

Teqlər: