Deputatın maaşı artırıldı

Deputatın maaşı artırıldı
  13 Avqust 2019    Oxunub:1800
Azərbaycanda Atatürk Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Azvision.az -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Atatürk Mərkəzinin müdirinin aylıq vəzifə maaşı 1540 manat, müdir müavininin aylıq vəzifə maaşı 1230 manat, şöbə müdiri, baş redaktor, baş mühasibin aylıq vəzifə maaşı 770 manat, elmi əməkdaşın aylıq vəzifə maaşı 675 manat, redaktorun aylıq vəzifə maaşı 365 manat, arxivçi-kitabxanaçı, təsərrüfat müdirinin aylqı vəzifə maaşı 320 manat, kompüter operatoru, katibənin aylıq vəzifə maaşı 295 manat, xidməti otaqları yığışdıranın aylıq vəzifə maaşı 260 manat olub.

Qərar bu ilin sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Atatürk Mərkəzinin müdiri Milli Məclisinin deputatı, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərovdur.

Azvision.az



Teqlər: Nizami-Cəfərov   Maaş  





Xəbər lenti